Qəbələdə mağazadan 10 min manatlıq tütün məmulatları oğurlanıb
Hadisə
- 02 iyun, 2021
- 07:56
Qəbələ rayonu Zarağan kəndi ərazisindəki tütün məmulatlarının topdan satışı ilə məşğul olan mağazadan 10 min manat dəyərində müxtəlif markalı siqaretlərin oğurlanması barədə Rayon Polis Şöbəsinə (RPŞ) müraciət daxil olub.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, daxil olan müraciət əsasında Qəbələ və Zaqatala RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Zaqatala şəhər sakini Tofiq Məmmədov saxlanılıb.
Həmin şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı siqaretləri Bakı və Sumqayıt şəhərlərində satdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Son xəbərlər
02:14
Qəribabadi: İran hələ də müharibə vəziyyətindədir
Region01:37
Qalibaf: ABŞ iqtisadi müharibədə də İrana məğlub olur
Region01:03
Umarali Raxmonaliyev: "Hapoel"ə qarşı əla mübarizə apardıq"
Futbol00:44
AFFA prezidenti "Sabah"ı təbrik edib
Futbol00:36
Neyt Herrinq: İran Trampın kiçik oğlu Berronu öldürməklə təhdid edir
Digər ölkələr00:27
Valdas Dambrauskas: "Sabah" karyeramda çalışdırdığım ən yaxşı komandadır"
Futbol00:20
Ran Kojuk: "Sabah"la oyun asan olmadı"
Futbol00:00
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Daxili siyasət00:00