Qəbələdə iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB

Qəbələdə iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB Qəbələ rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adalrı məlum olub.
Hadisə
5 Oktyabr , 2019 12:03
Qəbələdə iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB

Qəbələ rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adalrı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Uludaş kənd sakini A.Sədullayevin idarə etdiyi “Ford” və Oğuz rayon sakini F.Məmmədovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub.

Nəticədə F.Məmmədovun həmyerlisi olan 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Ziyafət Məmmədova orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

***11:14 Qəbələ ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Zərgərli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Ford" və "QAZ-3110" markalı avtomobillərin toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub. 

Faktla bağlı araşdırmalara başloanılıb. 

Son xəbərlər

Orphus sistemi