Qəbələdə gizli fəaliyyət göstərən özəl uşaq hazırlıq mərkəzi aşkarlandı

Qəbələdə gizli fəaliyyət göstərən özəl uşaq hazırlıq mərkəzi aşkarlandı Qəbələ Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində şəhər ərazisində karantin qaydalarını pozaraq, gizli fəaliyyət göstərən özəl uşaq hazırlıq mərkəzi aşkar edilib.
Hadisə
452
24 İyul , 2020 14:25
Qəbələdə gizli fəaliyyət göstərən özəl uşaq hazırlıq mərkəzi aşkarlandı

Qəbələ Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində şəhər ərazisində karantin qaydalarını pozaraq, gizli fəaliyyət göstərən özəl uşaq hazırlıq mərkəzi aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, dərhal həmin mərkəzin fəaliyyəti dayandırılıb.

Obyekti işlədənə, uşaqların valideynlərinə və müəllimlərə ölkədə elan edilmiş karantin rejiminin qaydaları və tələbləri izah olunub.

Qaydaları pozduqları üçün həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
 

Son xəbərlər

Orphus sistemi