Qəbələdə fərdi evlərdə toy mərasimləri keçirən şəxslər cərimələnib

Qəbələdə fərdi evlərdə toy mərasimləri keçirən şəxslər cərimələnib Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulması halları aşkarlanıb.
Hadisə
6 Sentyabr , 2021 11:48
Qəbələdə fərdi evlərdə toy mərasimləri keçirən şəxslər cərimələnib

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulması halları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, rayonun Yeni Dizaxlı kəndində Məhəmməd Babaşova məxsus fərdi evin həyətyanı sahəsində keçirilən toy mərasimində 150 nəfərdən artıq, yəni 190 qonağın iştirak etdiyi və onlardan 15-nin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aparılan yoxlamalar zamanı Mıxlıqovaq kəndində Yalçın Abduhüseynova məxsus ünvanda da təşkil edilən toy mərasimində analoji qayda pozuntularına rast gəlinib.

Belə ki, mərasimdə 170 qonağın iştirak etdiyi və onlardan 25-nin COVID-19 pasportu olmadığı aşkarlanıb.

Aşkarlanan qayda pozuntuları ilə əlaqədar toy sahibləri inzibati məsuliyyətə cəlb olunub və hər biri 400 manat məbləğində cərimələnib.

Son xəbərlər

Orphus sistemi