Qəbələdə evdə yanğın olub, xəsarət alan var

Qəbələdə evdə yanğın olub, xəsarət alan var Qəbələ rayonunda evdə yanğın olub, xəsarət alan var.
Hadisə
13 Yanvar , 2022 09:23
Qəbələdə evdə yanğın olub, xəsarət alan var
0 : 00
0 : 00

Qəbələ rayonunda evdə yanğın olub, xəsarət alan var.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Nic qəsəbəsində ümumi sahəsi 252 m² (hər mərtəbəsi 126 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi