Qəbələdə 13 yaşlı yeniyetməni avtomobil vurdu

Qəbələdə 13 yaşlı yeniyetməni avtomobil vurdu Qəbələ rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə
1323
11 Avqust , 2020 23:50
Qəbələdə 13 yaşlı yeniyetməni avtomobil vurdu

Qəbələ rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Mirzəbəyli kəndində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Xəlilli Fərrux Radil oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına, vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi