Qəbələdə yaşayış evində qaz sızmasından partlayış baş verib, bir uşaq ölüb

Qəbələdə yaşayış evində qaz sızmasından partlayış baş verib, bir uşaq ölüb Aydınqışlaq kənd sakini Yulət Cabbarovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib
Hadisə
19 Yanvar , 2016 13:27
Qəbələdə yaşayış evində qaz sızmasından partlayış baş verib, bir uşaq ölüb

Bakı. 19 yanvar. REPORT.AZ/ Qəbələdə yaşayış evində qaz sızmasından partlayış baş verib, bir uşaq boğularaq ölüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, yanvarın 18-də saat 21 radələrində Qəbələ rayonunun Aydınqışlaq kənd sakini Yulət Cabbarovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib. Partlayış nəticəsində evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, Y.Cabbarlının azyaşlı qızı Xədicə tüstüdən boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi