Qəbələ sakini qaçırdığı avtomobillə qəza törədib

Qəbələ sakini qaçırdığı avtomobillə qəza törədib Qaradağ rayon sakininin avtomobili qaçırılıb.
Hadisə
3 Oktyabr , 2019 12:23
Qəbələ sakini qaçırdığı avtomobillə qəza törədib

Qaradağ rayon sakininin avtomobili qaçırılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə müraciət edən Sahil qəsəbə sakini E.Cəfərov sentyabrın 30-da saat 21 radələrində qəsəbə ərazisindən “BMW” markalı avtomobilinin qaçırıldığını və İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsinin törədilməsini bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qəbələ rayon sakini Ə.Osmanlı saxlanılıb.

Son xəbərlər

Orphus sistemi