Qazaxıstanda bədbəxt hadisə zamanı ölən 16 yaşlı azərbaycanlı vətənində dəfn ediləcək

Qazaxıstanda bədbəxt hadisə zamanı ölən 16 yaşlı azərbaycanlı vətənində dəfn ediləcək Qazaxıstanın Kostanay vilayətinin uşaq xəstəxanasında 16 yaşlı azərbaycanlı Namiq Şirinov vəfat edib.
Hadisə
15 İyul , 2019 10:07
Qazaxıstanda bədbəxt hadisə zamanı ölən 16 yaşlı azərbaycanlı vətənində dəfn ediləcək

Qazaxıstanın Kostanay vilayətinin uşaq xəstəxanasında 16 yaşlı azərbaycanlı Namiq Şirinov vəfat edib.

Bu barədə "Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir.

Belə ki, bu il iyunun 28-də məhəllədəki futbol meydançasında oynayarkən qapı uşağın üstünə düşüb. Həkimlər Namiq Şirinova qaraciyərin yırtılması və güclü retroperitoneal hematoma diaqnozu qoyublar.

Qeyd edək ki, gənc dünyasını dəyişdiyindən onun bu gün paytaxt Nur-Sultandakı klinikalardan birinə nəql edilməsi baş tutmayıb.

N.Şirinovun valideynləri övladlarını Azərbaycanda dəfn etmək qərarına gəliblər. Akimat (icra hakimiyyəti - red.) mərhumun vətənə göndərilməsi üçün bütün xərcləri üzərinə götürüb.

Faktla bağlı Qazaxıstan Cinayət Məcəlləsinin "Səhlənkarlıq" maddəsi ilə cinayət işi başlanılıb. Məhkəməyə qədər istintaq davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi