Bakı. 17 sentyabr. REPORT.AZ/ Gecə saatlarında Qazax rayonunda 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış “Mercedes” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.