Qazax. 10 sentyabr. REPORT.AZ/ Qazax rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Canallı kəndində qeydə alınıb.
Qazax şəhər sakini Amil Əhmədov idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb.
Nəticədə sürücü A.Əhmədov və onun sərnişini Xəyalə Abbasova hadisə yerində ölüblər.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırma aparılır.