Yuxarı

​Qazaxda atmosferi çirkləndirən avtomobillərə qarşı reyd keçirilib - FOTO

Qəzalara səbəb olan nasaz avtomobillər müəyyən olunub

Bakı. 15 avqust. REPORT.AZ/ Qazax rayonunda atmosferi çirkləndirən, qəzalara səbəb olan nasaz avtomobilləri müəyyən etmək məqsədilə reyd keçirilib.

"Report"un qərb bürosu xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı ərazi idarəsi ilə Qazax Yol Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi yoxalamalar zamanı 80 avtomobil saxlanılıb.

Xüsusi cihazlar vasitəsi ilə yoxlanılan nəqliyyat vasitələrindən 29-nun mühərrikinin nasaz olduğu müəyyənləşib. Havaya zərərverici qazlar buraxan avtomobil sahiblərindən bəziləri reyd zamanı etiraz bildirsələr də minik vasitələrinin nasaz olduğunu təsdiqləyənlər də olub.

Qazax DYPB rəisi Eldəniz Həsənovun sözlərinə görə, "Təmiz hava" aylığı çərçivəsində keçirilən reyd zamanı əsasən keçmiş SSRİ istehsalı olan maşınlarda nasazlıq üzə çıxıb. Həmin avtomobillərin sahiblərinə inzibati protokollar tərtib edilib.

Qeyd edək ki, reydlər avqustun sonuna qədər davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi