Qazaxda yaşlı kişi hündürlükdən yıxılaraq ağır yaralanıb

Qazaxda yaşlı kişi hündürlükdən yıxılaraq ağır yaralanıb Zərərçəkən əməliyyat olunub
Hadisə
12 Mart , 2017 12:44
Qazaxda yaşlı kişi hündürlükdən yıxılaraq ağır yaralanıb

Qazax. 12 mart. REPORT.AZ/ Qazax rayonunda 55 yaşlı kişi ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Kamuna kənd sakini, 1962-ci il təvəllüdlü, İsgəndərov Əlövsət Tofiq oğlu, yaşadığı evdə hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

Yaralı yaxınları tərəfindən Qazax rayonu Mualicəvi Diaqnostika Mərkəzinə aparılıb. Sol ayağına çapılmış-kəsilmiş diaqnozu qoyulan yaralı əməliyyat edilib. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi