Qazaxda baş vermiş yanğın söndürülüb, xəsarət alan var

Hadisə
  • 10 oktyabr, 2021
  • 16:37
Qazaxda baş vermiş yanğın söndürülüb, xəsarət alan var

Qazax rayonunda baş vermiş yanğın söndürülüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Cəfərli kənd sakininə məxsus fərdi evin həyətində olan 14 ton ot bağlamasından 7 tonu və yaxınlıqda olan ümumi sahəsi 21 kvadratmetr tövlənin 3 kvadratmetr dam örtüyü yanıb.

Yanğın hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşınları və canlı qüvvəsi tərəfindən söndürülüb.

Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub. Hadisənin başvermə səbəbləri isə araşdırılır.

Xatırladaq ki, hadisə zamanı 1 nəfər xəsarət alıb.

16:57

Qazax rayonunda fərdi evin həyətinə yığılmış ot bağlamaları yanıb, xəsarət alan var.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Böyük Cəfərli kəndində qeydə alınıb.

Kənd sakininə məxsus fərdi evin həyətində olan ot bağlamaları hələ ki, bilinməyən səbəbdən yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı bir nəfər, 1982-ci il təvəllüdlü İsrət Məmmədov qolundan xəsarət alıb. O, xəstəxanaya aparılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Faktla bağlı araşdırmalara başlanılıb.