Qazaxda uzunqulaqla gedən yaşlı kişini maşın vurub - FOTO

Qazaxda uzunqulaqla gedən yaşlı kişini maşın vurub - FOTO Qazax. 7 sentyabr. REPORT.AZ/ Qazax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
7 Sentyabr , 2018 21:39
Qazaxda uzunqulaqla gedən yaşlı kişini maşın vurub - FOTO

Qazax. 7 sentyabr. REPORT.AZ/ Qazax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Çaylı kəndi ərazisində yol kənarı ilə uzunqulağa qoşulmuş arabada hərəkətdə olan 1955-ci il təvəllüdlü Şakir Binnətov "Qazel" markalı avtomobil tərəfindən vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Uzunqulaq isə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi