Qazaxda taxıl sahəsindəki yanğın söndürülüb - YENİLƏNİB

Qazaxda taxıl sahəsindəki yanğın söndürülüb - YENİLƏNİB Qazax rayonunda biçilməmiş taxıl sahəsində yanğın başlayıb.
Hadisə
19 İyun , 2021 22:30
Qazaxda taxıl sahəsindəki yanğın söndürülüb - YENİLƏNİB

Qazax rayon Aslanbəyli kənd ərazisində taxıl sahəsində baş vermiş yanğın söndürülüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, yanğın biçilmiş və biçilməmiş taxıl sahələrini əhatə edib.

Hektarlarla ərazini əhatə edən yanğının söndürülməsi üçün əraziyə Qazax və Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğın söndürülüb.

Yanğın nəticəsində dəymiş ziyan araşdırılır.

19:29

Qazax rayonunda biçilməmiş taxıl sahəsində yanğın başlayıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Aslanbəyli kənd ərazisində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından mühafizə hissəsinin və Ağstafa rayon Yanğından mühafizə hissəsinin yanğın söndürən maşınları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Son xəbərlər

Orphus sistemi