Qazaxda su kanalında əl qumbarası tapıldı

Qazaxda su kanalında əl qumbarası tapıldı Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Ağköynək kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
Hadisə
11 Mart , 2020 17:05
Qazaxda su kanalında əl qumbarası tapıldı
0 : 00
0 : 00

Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Ağköynək kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan "Report"a verilən məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) və Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Qazax Regional Məntəqəsinin (113 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib və Ağstafa su kanalına baxış keçirilib. 

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. 

Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi