Qazaxda piyadanı avtomobil vurub 

Qazaxda piyadanı avtomobil vurub  Qazax rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
28 Noyabr , 2021 20:04
Qazaxda piyadanı avtomobil vurub 

Qazax rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Canalı kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Siyavuş Kərimovu avtomobil vurub. O, müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıb.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi