Qazaxda piyadanı avtomobil vurub

Qazaxda piyadanı avtomobil vurub Qazax. 9 iyul. REPORT.AZ/ Qazax rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
9 İyul , 2018 08:24
Qazaxda piyadanı avtomobil vurub

Qazax. 9 iyul. REPORT.AZ/ Qazax rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qazaxbəyli kənd yolunda baş verib. 

Şəmkirdən Gürcüstan istiqamətinə hərəkətdə olan "Audi" markalı avtomobil, qoyun sürüsünü yolun qarşı tərəfimə keçirmək istəyən, Çaylı kənd sakini, 1963-cü il təvəllüdlü, Quliyev Adil Qəfər oğlunu vurub. 

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi