Qazax sakininin oğlu tərəfindən bıçaqlandığı məlum olub

Qazax sakininin oğlu tərəfindən bıçaqlandığı məlum olub Qazax rayonunda orta yaşlı kişi bıçaqlanıb.
Hadisə
10 Sentyabr , 2021 09:47
Qazax sakininin oğlu tərəfindən bıçaqlandığı məlum olub

Qazax rayonunda 50 yaşlı kişinin bıçaqlandığı məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, araşdırmalar nəticəsində məlum olub ki, 1971-ci il təvəllüdlü Amil İslam oğlu Qurbanovu oğlu, 1999-cu il təvəllüdlü Xaqan Qurbanov bıçaqlayıb.

Hadisə ailə münaqişəsi zəmnində baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.

9 sentyabr, 23:30

Qazaxda 50 yaşlı kişinin öz-özünə xəsarət yetirdiyi ehtimal olunur.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 1971-ci il təvəllüdlü Amil İslam oğlu Qurbanov axşam saatlarında çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun kəsici alətlə özünə xəsarət yetirdiyi ehtimal olunur.

Belə ki, yaxınlarının bildirdiyinə görə, o əvvəl də özünə xəsarət yetirib. Buna səbəb həyat yoldaşının ondan boşanmaq istəməsidir. Ehtimal olunur ki, A.Qurbanov bu səbəbdən özünə xəsarət yetirib.

Yaralı əməliyyat edilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

22:53

Qazax rayonunda orta yaşlı kişi bıçaqlanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qazax şəhərində qeydə alınıb. Rayon sakini, 1971-ci il təvəllüdlü Amil Qurbanov çoxsaylı bıçaq xəsarəti alıb. O, hadisə yerinə çağrılan təcili tibbi yardım briqadasının maşını ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi