Yuxarı

Qazaxda orta məktəb şagirdi kollec tələbəsini qətlə yetirib - YENİLƏNİB

Qazaxda orta məktəb şagirdi kollec tələbəsini qətlə yetirib

Qazax rayonunun Çaylı kəndində qətl hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 1999-cu il təvəllüdlü yerli sakin Cələddinli Rahil Sübhan oğlu 17 yaşlı Qocayev Məhərrəm Kamran oğlu tərəfindən qətlə yetirilib.

Hadisə borc üstündə baş verib. Qazax Dövlət Sosial İqtisad Kollecinin III kursunda təhsil alan R.Cələddinli Qazax rayon 2 saylı Çaylı kənd orta məktəbinin 11-ci sinif şagirdi M.Qocayeva təqribən 25-30 manat pul borc verib. R.Cələddinli pulunu geri tələb etdikdə, M.Qocayev pulun bir hissəsini qaytara bilib və bu, tərəflər arasında mübahisəyə səbəb olub. Nəticədə M.Qocayev bıçaqla R.Cələddinlinin ürək nahiyəsinə bir zərbə vurub. Zərərçəkmiş aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisəni törədən şəxs isə saxlanılıb.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.


***22:29

Qazax rayonunda qətl hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb. Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi