Qazaxda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Qazaxda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var - YENİLƏNİB Bakı-Qazax-Gürcüstan avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
17 Noyabr , 2019 18:41
Qazaxda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Bakı-Qazax-Gürcüstan avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "QAZ-53" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər - 1986-cı il təvəllüdlü Əfqan Abdullayev, 1992-ci il təvəllüdlü Tamerlan Mehdiyev və 1977-ci il təvəllüdlü Vüqar Musayev xəsarət alıblar. Yaralılar Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıblar.

Qeyd edək ki, qəza zamanı "QAZ-53" avtomobili aşıb.

Faktla bağlı araşdırma aparılır.


*** 16:23

Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun rayon əarzisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. 

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar. 

Son xəbərlər

Orphus sistemi