Yuxarı
    Bağlamaq

    ​Qazaxda minik avtomobili yük maşını ilə toqquşub, 5 nəfər yaralanıb

    Jiquli Kamazla toqquşub

    Bakı. 8 may. REPORT.AZ/ Qazax rayonunda ağır yol qəzası baş verib.

    "Report" xəbər verir ki, qəza "VAZ-2107" markalı minik avtomobilinin "Kamaz" markalı yük maşını ilə toqquşması nəticəsində qeydə alınıb.

    Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılardan biri "Kamaz"ın sürücüsü 1953-cü il təvəllüdlü Mübariz Musayevdir. Digər 4 nəfər - 1995-ci il təvəllüdlü Elmir Rafiqli, 1993-cü il təvəllüdlü Orxan Vəliyev, 1994-cü il təvəllüdlü Rəhim İbrahimli, 1994-cü il təvəllüdlü Əmrah Məmmədov isə "Jiquli"də olub. Zərərçəkən şəxslər Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi