Gəncədə itkin düşən məktəbli tapılıb - YENİLƏNİB
- 03 noyabr, 2023
- 05:59
Gəncə şəhərində itkin düşən məktəbli tapılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 2007-ci il təvəllüdlü Nurcan Eyyubovanın yeri müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, məktəbli noyabrın 1-də yaşadığı evdən çıxıb naməlum istiqamətdə gedərək itkin düşmüşdü.
09:16
Qazaxda məktəbli, Gəncədə gənc qız itkin düşüb.
"Report" xəbər verir ki, 1985-ci il təvəllüdlü, Gəncə şəhər sakini Samirə Eyyubova müraciət edərək qızı 2007-ci il təvəllüdlü Nurcan Eyyubovanın noyabrın 1-də yaşadığı evdən çıxıb naməlum istiqamətdə gedərək itkin düşdüyünü bildirib.
Bundan başqa, 2010-cu il təvəllüdlü, Qazax şəhəri, İ.Qayıbov adına 3 saylı tam orta məktəbin yeddinci sinif şagirdi olan Gülxanım Hüseynova Vüqar qızı noyabrın 2-də oxuduğu məktəbdə sinif rəhbərindən baş ağrısının olması səbəbindən yaşadığı evə getmək adı ilə icazə alıb. Lakin o, dərsdən çıxıb gedərək evə qayıtmayıb.
Faktlarla bağlı araşdırmalar aparılır.