Qazaxda həyat yoldaşına baltayla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qazaxda həyat yoldaşına baltayla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb Qazax rayonunda qadın həyat yoldaşı tərəfindən baltalanıb.
Hadisə
20 İyul , 2022 04:35
Qazaxda həyat yoldaşına baltayla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qazax rayonunda həyat yoldaşını baltalayaraq ona ağır xəsarətlər yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Qazax rayon sakini, 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovaya baltayla ağır xəsarətlər yetirməkdə şübhəli bilinən onun həyat yoldaşı 1981-ci il təvəllüdlü Eldəniz Xasməmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, onlar boşanmaq üçün məhkəməyə müraciət ediblər. Cütlüyün 2 övladı var.

Faktla bağlı araşdırma aparılır.

04:20

Qazax rayonunda qadın həyat yoldaşı tərəfindən baltalanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb.

Kənd sakini, 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovaya başından və qollarından baltayla ağır xəsarətlər yetirilib. Hazırda cərrahi əməliyyat olan qadının vəziyyəti ağır olaraq qalır.

Hadisənin həyat yoldaşı tərəfindən qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

04:03

Qazax rayonunda qadın həyat yoldaşı tərəfindən baltalanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb.

Kənd sakini olan kişi həyat yoldaşını baltalayıb. Qadın ağır halda xəstəxanaya aparılıb.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi