Qazax. 1 iyul. REPORT.AZ/ Qazax rayonunda itkin düşən 26 yaşlı gənc tapılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Daş Salahlı kənd sakini Amil Nəsibov yaşadığı evə qayıdaraq yaxınlarına paytaxtda işlədiyini bildirib.
Qeyd edək ki, A.Nəsibovun bu ilin fevralında işləmək məqsədi ilə Bakıya getdiyi, martın 23-dən sonra isə ondan xəbər olmadığı bildirilib. Valideynləri bununla bağlı Qazax Rayon Polis Şöbəsinə müraciət edib.