Qazaxda işıqforun qırmızı işığında hərəkət edən sürücü qəza törədib - FOTO

Qazaxda işıqforun qırmızı işığında hərəkət edən sürücü qəza törədib - FOTO Qazax. 28 fevral. REPORT.AZ/ Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
28 Fevral , 2019 09:37
Qazaxda işıqforun qırmızı işığında hərəkət edən sürücü qəza törədib - FOTO
Report
0 : 00
0 : 00

Qazax. 28 fevral. REPORT.AZ/ Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, işıqforun qırmızı işığının tələblərinə məhəl qoymayan sürücü idarə etdiyi avtomobillə hərəkətə davam edib və bu zaman "VAZ" markalı avtomobilin qarşısına çıxıb. Nəticədə qəza baş verib. 

Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi