Qazaxda gənc qadını elektrik cərəyanı vurub, vəziyyəti ağırdır

Hadisə
  • 12 sentyabr, 2022
  • 18:44
Qazaxda gənc qadını elektrik cərəyanı vurub, vəziyyəti ağırdır

Qazax rayonunda gənc qadını ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü G.Salayeva yaşadığı evdə ehtiyatsızlıqdan elektrik xəttinə toxunduğu üçün onu cərəyan vurub.

O, ağır halda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

44 - Tezliklə