Qazaxda gənc qadın intihara cəhd edib

Qazaxda gənc qadın intihara cəhd edib Qazax rayonunda intihara cəhd hadisəsi olub.
Hadisə
7 sentyabr 2021 19:07
Qazaxda gənc qadın intihara cəhd edib

Qazax rayonunda intihara cəhd hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə Yuxarı Salahlı kəndində qeydə alınıb.

Gənc qadın (ad və soyad dəqiqləşdirilir-red) özünü asaraq intihar etmək istəyib. Lakin yaxınları onun həyatını xilas edə bilib.

Vəziyyəti ağır olan qadının hansı səbəbdən intihar etmək istədiyi isə hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Orphus sistemi