Qazaxda fərdi yaşayış evi yanıb - FOTO - VİDEO

Qazaxda fərdi yaşayış evi yanıb - FOTO - VİDEO Alov digər yaşayış evinə də ziyan vurub
Hadisə
20 Fevral , 2016 15:13
Qazaxda fərdi yaşayış evi yanıb - FOTO - VİDEO

Bakı. 20 fevral. REPORT.AZ/ Qazax rayonunda fərdi yaşayış evində yanğın baş verib. "Report"un məlumatına görə, qəfil alışan ev qonşunun mənzilinə də ziyan vurub. Hadisə bu gün səhər saatlarında rayon sakini, 57 yaşlı Rafət Yaqubova məxsus mənzildə baş verib. Dərhal hadisə yerinə yanğınsöndürənlər çağrılıb. 

Yanğın zamanı ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli 3 otaq və aynabəndən ibarət ev yanaraq külə dönüb. Alov genişlənərək Amil İbrahimova məxsus ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli 5 otaqlı evə keçib. Yanğı zamanı R.Yaqubova məxsus fərdi yaşayış evi tamamilə yanaraq yararsız hala düşüb, A.İbrahimova məxsus evin isə eyvanı yanıb. 

Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi