Qazaxda əl qumbarası tapıldı

Qazaxda əl qumbarası tapıldı ANAMA-nın mütəxəssisləri və Qazax RPŞ-nin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan əraziyə baxış keçirilib. 
Hadisə
480
2 Sentyabr , 2020 14:45
Qazaxda əl qumbarası tapıldı

Bu gün saat 10:13-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Çaylı kəndi ərazisində yerləşən fındıq bağında hərbi sursatın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan "Report"a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) və Səhiyyə Nazirliyinin Qazax rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Qazax RPŞ-nin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 

Əl qumbarasının ətrafında 400 kv.m əraziyə yerüstü, 150 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi