Qazaxda əl qumbaraları, müxtəlif çaplı patron və avtomat darağı aşkarlanıb

Hadisə
  • 04 noyabr, 2019
  • 23:32
Qazaxda əl qumbaraları, müxtəlif çaplı patron və avtomat darağı aşkarlanıb

Qazax rayonunun Fərəhli kəndi ərazisində xeyli sayda döyüş sursatının tapılıb.

Bu barədə "Report"un Qərb Mərkəzinə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Məlumatda bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ədəd əl qumbarası (2 ədəd F-1 və 1 ədəd RQ-42), 18 ədəd müxtəlif çaplı patron və 1 ədəd boş avtomat darağı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Son xəbərlər

Bütün Xəbər Lenti