Qazaxda dələduzluq edən şəxsə cinayət işi başlanılıb

Qazaxda dələduzluq edən şəxsə cinayət işi başlanılıb Qazax rayon sakinlərinin işə düzəltmək adı ilə onlardan pul vəsaitlərinin alınması barədə müraciətləri əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır.
Hadisə
17 Mart , 2022 12:53
Qazaxda dələduzluq edən şəxsə cinayət işi başlanılıb

Qazaxda dələduzluq edən şəxsə cinayət işi başlanılıb.

Bu barədə "Report"a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla “Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsinin sabiq operatoru Bəxtiyar Mehdiyevin iki nəfəri “Təmiz Qaz” QSC-nin Şəmkir Regional Mərkəzinin Qazax bölməsinə işə düzəltmək adı ilə ümumilikdə 5 min 500 manat məbləğində pul alaraq təkrar dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.1-ci maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi