Qazaxda benzin daşıyan maşın yanıb

Qazaxda benzin daşıyan maşın yanıb Hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunda qeydə alınıb
Hadisə
11 Noyabr , 2017 18:54
Qazaxda benzin daşıyan maşın yanıb

Qazax. 11 noyabr. REPORT.AZ/ Qazaxda benzin daşıyan "Mercedes" markalı yük maşınında yanğın olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yanğın maşının təkərində başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və təcili yardım xidməti cəlb olunub.

Məlumata görə, yanğının qarşısı alınıb. Nəticədə maşına ziyan dəyib

Son xəbərlər

Orphus sistemi