Qazaxda Bakı sakini özünü asıb - YENİLƏNİB

Qazaxda Bakı sakini özünü asıb - YENİLƏNİB Qazax. 25 iyul. REPORT.AZ/ Bakı sakini Qazax rayonunda özünü asaraq intihar edib.
Hadisə
25 İyul , 2018 19:08
Qazaxda Bakı sakini özünü asıb - YENİLƏNİB

Qazax. 25 iyul. REPORT.AZ/ Bakı sakini Qazax rayonunda özünü asaraq intihar edib. 

"Report"un yerli bürosu xəbər verir ki, Bakı şəhər qeydiyatında olan, 1953-cü il təvəllüdlü Osmanov Musa Xəlil oğlu Qazax rayon Qaymaqlı kəndində yaşayan əmisi evində özünü asaraq intihar edib.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, M.Osmanov ailəli olub və 2 övladı var.


***18:51

Qazax. 25 iyul. REPORT.AZ/ Qazax rayonunda yaşlı kişi intihar edib.  

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaymaqlı kəndində baş verib. 

Xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilən şəxs intihardan əvvəl məktub yazıb. O, məktubunda xəstəlikdən ciddi əziyyət çəkdiyini və kimsəyə yük olmaq istəmədiyini yazıb.

Son xəbərlər

Orphus sistemi