Qazaxda baba ehtiyatsızlıqdan nəvəsini güllələyib, uşağın ayağı amputasiya edilib

Qazaxda baba ehtiyatsızlıqdan nəvəsini güllələyib, uşağın ayağı amputasiya edilib Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
7 Fevral , 2017 11:43
Qazaxda baba ehtiyatsızlıqdan nəvəsini güllələyib, uşağın ayağı amputasiya edilib

Bakı. 7 fevral. REPORT.AZ/ Qazax rayonunda baba ehtiyatsızlıqdan nəvəsinə xəsarəti yetirib.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rayonun Şıxlı kəndində kənd sakini Səyad Nəsibov oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobildə özünə məxsus "TOZ-34" markalı tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəş 7 yaşlı nəvəsi S.Nəsiblinin sol baldır nahiyəsinə dəyib.

Xəstəxanaya yerləşdirilən uşağın sol ayağı amputasiya edilib.

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-34" markalı tüfəng götürülüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi