Qazaxda avtomobil ustası təmir zamanı ağır xəsarət alıb

Qazaxda avtomobil ustası təmir zamanı ağır xəsarət alıb Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir
Hadisə
5 Aprel , 2017 17:05
Qazaxda avtomobil ustası təmir zamanı ağır xəsarət alıb

Qazax. 5 aprel. REPORT.AZ/ Qazax rayonunda avtomobil ustasının başına dəmir düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib.

Avtomobil ustası işləyən kənd sakini, 1955-ci il təvəllüdlü Namazov Nəriman Ələs oğlu avtomobil düzəldən zaman başına dəmir düşməsi nəticəsində ağır xəsarət alıb. 

Yaralı iş yoldaşları tərəfindən dərhal xəstəxanaya çatdırılıb. Əməliyyat edilən yaralının vəziyyəti hazırda orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi