Qazax rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adları məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Çaylı kənd yolunda minik maşınının digər avtomobilə çırpılması nəticəsində, İ.Xamuyeva, R.Nuruyev, Ş.Bənnayeva, R.Nuruyev, E.Tağıyev və C.Rəhimov xəsarət alıb.
Qeyd edək ki, qəza nəticəsində xəsarət alanlardan 4 nəfəri 1 ailənin üzvüdürlər.
Faktla bağlı araşdırma aparılır.
21:23
Qazax rayon Çaylı kənd yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, avtomobil qəzası nəticəsində xəsarət alanlar xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.