Qazaxda avtomobil qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB

Qazaxda avtomobil qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB Qazaxda baş verən avtomobil qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.
Hadisə
4 İyul , 2019 22:38
Qazaxda avtomobil qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB

Qazaxda baş verən avtomobil qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı sexin divarına çırpılması nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar Qazax rayon sakinləri - 1985-ci il təvəllüdlü Allahverdiyev Rasim Qədir oğlu, 1985-ci il təvəllüdlü Mustafayev Pərviz Nəbi oğlu, Əhmədov Elvin Abışov Elnurdur.

Faktla bağlı araşdırma aparılır. 


***22:19

Qazax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Çaylı kənd yolunda qeydə alınıb.

Qəzası zamanı 4 nəfər xəsarət alıb.

Yaralılar Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi