Qazaxda avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb

Qazaxda avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb Qazax rayonunda avtomobil qəzası baş verib.
Hadisə
22 İyul , 2019 20:42
Qazaxda avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb

Qazax rayonunda avtomobil qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Çaylı kənd yolunda hərəkətdə olan "VAZ-21012" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü, Qazax rayon sakini, 1957-ci il təvəllüdlü Yüsif Nəbiyev müxtəlif bədən xəsarətləri alıb. O, Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi