Qazaxda arıçı arı sancmasından öldü

Qazaxda arıçı arı sancmasından öldü Qazax rayonunda arı yerli sakinin ölümünə səbəb olub.
Hadisə
24 Aprel , 2021 23:20
Qazaxda arıçı arı sancmasından öldü

Qazax rayonunda arı yerli sakinin ölümünə səbəb olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Cəfərli kəndində, "Bayram bulağı" deyilən ərazidə baş verib.

Belə ki, geyim qaydalarını pozan Qazax rayon sakini, 1965-ci il təvəllüdlü Tahir Qocayevi arı dilindən sancıb.

Halı pisləşən T. Qocayev xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, T.Qocayev həmin ərazidə arıcılıqla məşğul olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi