Qazaxda ana və övladı yol qəzasında xəsarət alıb
- 23 yanvar, 2022
- 15:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, "Hərbi şəhərcik" adlanan ərazidə iki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Q.Nuriyeva və onun oğlu 2018-ci il təvəllüdlü Z.Nuriyev xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb. Q.Nuriyevanın vəziyyəti normal, Z.Nuriyevin vəziyyətinin isə qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
18:45
Qazaxda ana və övladı yol qəzasında xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin "Hərbi şəhərcik" adlanan ərazidə qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində qadın və övladı (şəxsiyyətləri dəqiqləşdirilir-red.) xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıblar, vəziyyətləri qənaətbəxş hesab olunur.
Faktla bağlı araşdırmalara başlanılıb.