Qazaxda su anbarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB-2

Qazaxda su anbarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB-2 Qazaxda bədbəxt hadisə baş verib.
Hadisə
14 İyul , 2024 17:12
Qazaxda su anbarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB-2

Qazaxda su anbarında batan şəxsin meyiti tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü M.Haqverdiyevin meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

17:03

Qazaxda su anbarında batan şəxsin kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Ağstafa Su anbarının rayonun Bala Cəfərli kənd ərazisinə düşən hissəsində batan şəxs Daş Salahlı kənd sakini, 1996-cı il təvəllüdlü Haqverdiyev Mədət Abdulla oğludur.

O Qazaxda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimindən sonra ailəsi ilə birgə Bala Cəfərli kəndinə gedib və su anbarında çimən zaman batıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri çağırılıb.

Axtarışlar davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

16:36

Qazaxda bədbəxt hadisə baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Bala Cəfərli kəndində qeydə alınıb.

Ailəsi ilə birgə istirahətə gedən şəxs göldə çimən zaman batıb.

Onun şəxsiyyəti hələ məlum deyil, axtarışlar davam edir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi