Qazaxda ağır yol qəzasında ölən və yaralananların adları məlum olub - YENİLƏNİB-2

Qazaxda ağır yol qəzasında ölən və yaralananların adları məlum olub - YENİLƏNİB-2 Hadisə rayonun Çaylı kəndi ərazisində qeydə alınıb
Hadisə
19 Noyabr , 2017 13:41
Qazaxda ağır yol qəzasında ölən və yaralananların adları məlum olub - YENİLƏNİB-2

Bakı. 19 noyabr. REPORT.AZ/ Bakı-Qazax-Gürcüstan yolunda baş vermiş ağır yol qəzası nəticəsində ölən və yaralananların adları məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, 1993-cü il təvəllüdlü Qazaxbəyli kənd sakini Abayev Allahverdi Yasin oğlu qəzada dünyasını dəyişib.

Yaralılar bunlardır:

Qazaxbəyli kənd sakini, 1990-cı il təvəllüdlü Dünyamalıyev Cavad Zabit oğlu

Bağanısayrım kənd sakini, 1993-cü il təvəllüdlü Nəsibov Fərhad Nəsib oğlu

Qazaxbəyli kənd sakini, 1996-cı il təvəllüdlü Hüseynov İsabala Əşrəf oğlu

Daş Salahlı kənd sakini, 2000-ci il təvəllüdlü Hüseynov Orxan Məmməd oğlu

Daş Salahlı kənd sakini, 1963-cü il təvəllüdlü Hüseynov Məmməd Həmid oğlu 

Qəza zamanı "Volkswagen" və "Opel Vectra" markalı avtomobillər toqquşub.


***13:00

Qazax. 19 noyabr. REPORT.AZ/ Bakı-Qazax-Gürcüstan yolunda baş verən ağır yol qəzası nəticəsində 1 nəfərin öldüyü, 6 nəfərin isə yaralandığı məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, qəza iki avtomobilin toqquşması nəticəsində baş verib.


***11:46

Qazax. 19 noyabr. REPORT.AZ/ Bakı-Qazax-Gürcüstan yolunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə yolun Qazax rayonunun Çaylı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hazırda əraziyə DYP əməkdaşları və "təcili yardım" briqadası cəlb olunub.

Son xəbərlər

Orphus sistemi