Yuxarı

Qazaxda ağır yol qəzası baş verib: iki nəfər ölüb, üç nəfər yaralanıb - FOTO

Faktla bağlı araşdırma aparılır

Bakı. 13 fevral. REPORT.AZ/ Qazax rayonunda baş verən avtomobil qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

"Report" xəbər verir  ki, hadisə Bakı-Qazax avtomagistral yolunun 479-cu km-də qeydə alınıb. 

Belə ki, sürətlə idarə olunan avtomobilin səkiyə çırpılması zamanı, sürücü 35 yaşlı Qazax rayon sakini Elfaq Bəyimov və sərnişin 25 yaşlı Şirxan Əhmədov hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər 3 nəfər - 22 yaşlı Sənan Abbaszadə, 34 yaşlı Niyaməddin Vəliyev, 21 yaşlı Vidadi Məmmədov müxtəlif dərəcəli bədən xəsrətləri alaraq Qazax Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi