Qazaxda 58 yaşlı kişinin üstünə traktor aşıb

Qazaxda 58 yaşlı kişinin üstünə traktor aşıb Qazaxda 58 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb
Hadisə
2 iyun 2019 17:50
Qazaxda 58 yaşlı kişinin üstünə traktor aşıb

Qazaxda 58 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb. 

Kənd sakini, 1961-ci il təvəllüdlü Məcid İdris oğlu Piriyev ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. İlkin məlumatlara görə, sahədə təmir etdiyi "Belarus" traktoru onun üzərinə aşıb.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi