Qazaxda 3 nəfər bıçaqlanıb

Qazaxda 3 nəfər bıçaqlanıb Qazax rayonunda 3 nəfər bıçaqlanıb.
Hadisə
20 Mart , 2019 11:30
Qazaxda 3 nəfər bıçaqlanıb

Qazax rayonunda 3 nəfər bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hər 3 hadisə ayrı-ayrı yerlərdə müxtəlif səbəblərdən baş verib.

Rayonun Salahlı kənd sakini, 32 yaşlı Orxan Abdulla oğlu Məmmədov və Xanlıqlar kənd sakini, 40 yaşlı Rəşad Mədət oğlu Şərifov kürək nahiyəsindən bıçaqlanıb. Digər bıçaqlanma hadisəsi isə Ağköynək kəndində qeydə alınıb. Rayon sakini, 31 yaşlı Teymur Naib oğlu Eyyubov qarın nahiyəsindən bıçaqlanıb.

Hər 3 faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi