Bakı. 9 iyun. REPORT.AZ/ Qazaxın Daş Salahlı kənd sakini itkin düşüb.
"Report"un Qərb bürosunun məlumatına görə, 26 yaşlı Amil Nəsibov bu ilin fevral ayında işləmək məqsədi ilə Bakıya gəlib.
Bir müddət paytaxda qalan gənc sonuncu dəfə martın 23-də gizli nömrədən atası Rəsul Nəsibova zəng edib. O atasına bildirib ki, "ya sabah, ya da birisi gün gələcəyəm rayona, gedərik Türkiyəyə işləməyə".
Bu, onun təqribən 3 ay öncə söylədiyi son sözlər olub. O tarixdən bu günə qədər Amil valideynləri ilə əlaqə saxlamayıb. Nigaran qalan ata-ana Qazax rayon Polis şöbəsinə müraciət edib.
Hazırda Amil Nəsibovun axtarışları davam edir. Ailə üzvləri övladlarını görənlərdən 055-443-30-84 nömrəli telefona məlumat verilməsini xahiş edirlər.