Qazaxda 2 balıqçı göldə batıb - YENİLƏNİB

Qazaxda 2 balıqçı göldə batıb - YENİLƏNİB Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub
Hadisə
11 Mart , 2018 11:33
Qazaxda 2 balıqçı göldə batıb - YENİLƏNİB

Qazax. 11 mart. REPORT.AZ/ Qazax rayonunun Böyük Cəfərli kəndi ərazisindəki Didvan gölündə batan balıqçıların kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, batanlar 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlu və 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğludur.

İlkin məlumata görə, balıqçıların olduğu qayıq aşıb. Həmin şəxslərin axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir. 

Balıqçıların dünən saat 23:00 radələrində batdığı bildirilir.


***10:47

Qazaxda 2 nəfər suda boğulub.

"Report"un Qərb bürosunun məlumatına görə, onlar Böyük Cəfərli kəndi ərazisindəki Didvan gölündə batıblar. 

Həmin şəxslərin balıqçı olduqları bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub və balıqçıların axtarışlarına başlanılıb. 

Son xəbərlər

Orphus sistemi