Qazaxda 2 avtomobil toqquşub, yaralılar var

Qazaxda 2 avtomobil toqquşub, yaralılar var Hər iki yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
2 Aprel , 2018 08:38
Qazaxda 2 avtomobil toqquşub, yaralılar var

Qazax. 2 aprel. REPORT.AZ/ Bakı-Qazax-Gürcüstan yolunun Qazax şəhərindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında VAZ" markalı avtomobillə "Mercedes"in toqquşması nəticəsində qeydə alınıb.

Avtoqəza zamanı 1982-ci il təvəllüdlü Qazax şəhər sakini Məmmədova Səbinə Ənvər qızı, Quliyev Rəşad Göycə oğlu (1993) və Məmmədov Ruslan Mahmud oğlu (1982) xəsarət alıb.

Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi